Kompüterdə oyun proqramlaşdırma
Kompüter oyun proqramlaşdırması uzun amma əyləncəli, zəhmətli amma yaradıcı işdir. Kompüter oyun proqramlaşdırmasında 3 əsas başlığa fikir vermək lazımdır. Bunlar: •Dizayn •Təməl •Hərəkət mümkünlüyü Gəlin dizayn ilə başlayaq: Dizayn son dövrlərdə çox daha inkişaf etmiş qrafik səviyyədə, yəni gerçəkliyə daha yaxın olur. Lakin populyar oyunlara daha yaxından baxsaq görərik sadəcə gerçəkliyə ən yaxın olanlar deyil həm də sadə görünən oyunlar da var. Yəni gerçəkliyə çox da yaxın olmayan oyunlar da populyar ola bilir. Lakin burada da bir gizli nöqtə var. Əgər oyun qrafik cəhətdən gerçəklikdən uzaqdırsa onu gözoxşayan şəkildə sadə etmək lazımdır. Yəni əgər gerçəkliyə daha yaxın oyun qurmaq üçün şəraitimiz yoxdursa, onda, onu sadə amma məhşur oyunların qrafiklərinə uyğunlaşdırmağa çalışa bilərik. Bu tip oyunlara nümunə olaraq Pacman oyununu göstərmək olar. Pacman oyunu 1980-ci ildə öz dövrünün sevilənləri sırasında idi. Lakin təməlinə sadiq qalan sadəliyi ilə bugün də ç...